Əfqanıstan müqavimət hərəkatı onlarla "taliban"çının öldürüldüyünü açıqlayıb

Əfqanıstan müqavimət hərəkatı onlarla "taliban"çının öldürüldüyünü açıqlayıb “Taliban”a qarşı çıxan Əfqanıstan Milli Müqavimət Cəbhəsinin döyüşçüləri son 8 gündə 61 silahlını öldürüblər.
Digər ölkələr
17 Dekabr , 2021 00:15
Əfqanıstan müqavimət hərəkatı onlarla talibançının öldürüldüyünü açıqlayıb

“Taliban”a qarşı çıxan Əfqanıstan Milli Müqavimət Cəbhəsinin döyüşçüləri son 8 gündə 61 silahlını öldürüblər.

"Report" xəbər verir ki, bu barədə yerli polis sözçüsü Sibqatullah Əhmədi feysbuk səhifəsində məlumat verib.

Müqavimət hərəkatı ilə "talib"lər arasında toqquşmalar Baqlan, Pəncşir, Kabil, Kapisa, Samanqan, Təxar, Pərvan, Badgis, Lağman, Bəlx, Fəryab, Qəzni, Qor, Herat, Nənqarhar əyalətlərində baş verib.

Partizan əməliyyatları zamanı "Taliban"ın daha 42 üzvü yaralanıb.

ABŞ bu ilin avqustunda Əfqanıstandan qoşunlarını çıxardıqdan sonra "Taliban" ölkə üzərində nəzarəti bərqərar etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Sentyabrın 6-da "Taliban" hərəkatı bütün Əfqanıstan ərazisinə nəzarəti bərqərar etdiyini, sentyabrın 7-də isə legitimliyi hələ heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətin tərkibini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi