Əfqanıstan müqavimət cəbhəsi ilə "Taliban" arasında toqquşma olub, ölənlər var

Əfqanıstan müqavimət cəbhəsi ilə "Taliban" arasında toqquşma olub, ölənlər var Əfqanıstanda "Taliban" hərəkatına qarşı çıxan Milli Müqavimət Cəbhəsinin döyüşçüləri 9 silahlının məhv edildiyini açıqlayıb.
Digər ölkələr
24 fevral 2022 01:10
Əfqanıstan müqavimət cəbhəsi ilə Taliban arasında toqquşma olub, ölənlər var

Əfqanıstanda "Taliban" hərəkatına qarşı çıxan Milli Müqavimət Cəbhəsinin döyüşçüləri 9 silahlının məhv edildiyini açıqlayıb.

"Report" xəbər verir ki, müvafiq bəyanat Əfqanıstan milisinin feysbuk səhifəsində dərc edilib.

Məlumata görə, müqavimət cəbhəsinin əsgərləri "Taliban"ın Pəncşir vilayətinin Duab və Şotol rayonlarındakı bazalarına hücum ediblər.

Hücum nəticəsində "qırmızı dəstə"nin komandiri Molla İzatullah Qəndəqari də daxil olmaqla 9 silahlı məhv edilib. Daha bir neçə "talib" yaralanıb və geri çəkilməyə məcbur edilib.

Son xəbərlər

Orphus sistemi