Əfqanıstan Mərkəzi Bankının avtomobili partladılıb, ölən və yaralananlar var

Əfqanıstan Mərkəzi Bankının avtomobili partladılıb, ölən və yaralananlar var Əfqanıstanın paytaxtı Kabildə minalanmış avtomobil partladılıb.
Digər ölkələr
24 Yanvar , 2021 19:15
Əfqanıstan Mərkəzi Bankının avtomobili partladılıb, ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabildə minalanmış avtomobil partladılıb.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə paytaxtın cənub-şərqindəki Şah Şəhid rayonunda qeydə alınıb. Partlayış nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Qeyd edilir ki, avtomobildəki şəxslər Əfqanıstan Mərkəzi Bankının əməkdaşları olub.

Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi