Yuxarı

​Əfqanıstanda keçirilən antiterror əməliyyatı nəticəsində 15 silahlı zərərsizləşdirilib

Taliban silahlıları şəhərdə bir neçə binanı yandırdıqdan sonra İranla həmsərhəd əraziyə gediblər

Bakı. 21 oktyabr. REPORT.AZ/ Gecə saatlarında Əfqanıstanda keçirilən antiterror əməliyyatı nəticəsində "Taliban" hərəkatının 15 silahlısı zərərsizləşdirilib.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, bunu Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Sediq Sediqqi bildirib.

Onun sözlərinə görə, əməliyyat nəticəsində 5 hərbçi ölüb.

Əməliyyat ölkənin qərbində Herat əyalətinin Qurian şəhərinin mərkəzində baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi