Yuxarı

Con Kerri: "​Əfqanıstan İŞİD-ə qarşı beynəlxalq koalisiyaya qoşulub"

Əfqanıstan koalisiyaya qoşulan 66-cı dövlətdir

Bakı. 2 fevral. REPORT.AZ/ Əfqanıstan terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə üzrə beynəlxalq koalisiyaya qoşulub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Con Kerri beynəlxalq koalisiyaya daxil olan ölkələrin xarici işlər nazirlərinin Romada keçirilən toplantısında bildirib.

C.Kerri deyib ki, Əfqanıstan koalisiyaya qoşulan 66-cı dövlətdir. 

Məlumata əsasən, Romada keçirilən iclasda 23 ölkənin rəsmi nümayəndəsi iştirak edir.

Qeyd edək ki, bu koalisiyaya ABŞ başçılıq edir. İran və Rusiya anti-İŞİD koalisiyasına daxil deyil. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi