Əfqanıstan hökuməti "Taliban"la birbaşa danışıqlara başlayır

Əfqanıstan hökuməti "Taliban"la birbaşa danışıqlara başlayır Əfqanıstanın sülh məsələləri naziri Əbdül Salam Rahimi yaxın iki həftə ərzində radikal Taliban hərəkatının üzvləri ilə birbaşa danışıqlara başlayacaqlarını bəyan edib.
Digər ölkələr
113
28 İyul , 2019 07:43
Əfqanıstan hökuməti Talibanla birbaşa danışıqlara başlayır

Əfqanıstanın sülh məsələləri naziri Əbdül Salam Rahimi yaxın iki həftə ərzində radikal "Taliban" hərəkatının üzvləri ilə birbaşa danışıqlara başlayacaqlarını bəyan edib.

"Report" 1TV telekanalına istinadən xəbər verir ki, danışıqlar Avropa ölkələrindən birinin paytaxtında aparılacaq.

Rahimi bildirib ki, hazırda rəsmi Kabili təmsil edəcək 15 nəfərdən ibarət danışıqlar qrupunun formalaşdırılması üçün məsləhətləşmələr aparılır.

Son xəbərlər

Orphus sistemi