​Əfqanıstan hərbçiləri 40-dan çox silahlını zərərsizləşdirib

​Əfqanıstan hərbçiləri 40-dan çox silahlını zərərsizləşdirib Hərbçilər 10-dək müxtəlif tipli partlayıcı qurğunu məhv edib
Digər ölkələr
3 İyun , 2015 11:32
​Əfqanıstan hərbçiləri 40-dan çox silahlını zərərsizləşdirib

Bakı. 3 iyun. REPORT.AZ/ Əfqanıstan həbrçiləri bir sutka müddətində keçirdikləri xüsusi əməliyyat nəticəsində "Taliban" hərəkatının azı 43 silahlısını zərərsizləşdirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyat ölkənin Kunduz, Bədəxşan, Baqlan, Qəndahar, Paktika, Təhər, Bəlx, Fərəh və Kunar əyalətlərində keçirilib.

Məlumatda bildirilib ki, ayrı-ayrı silahlı toqquşmalar nəticəsində 11 silahlı yaralanıb.

Nazirliyin bildirdiyinə əsasən, Əfqanıstan ordusunun iki hərbçisi həlak olub.

Hərbçilər 10-dək müxtəlif tipli partlayıcı qurğunu məhv edib.

Son xəbərlər

Orphus sistemi