Bakı. 23 sentyabr. REPORT.AZ/ Əfqanıstan Silahlı Qüvvələrinin keçirdiyi antiterror əməliyyatı nəticəsində bir sutkada "Taliban" hərəkatının azı 38 silahlısı zərərsizləşdirilib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın
"Milli təhlükəsizlik qüvvələrimiz Əfqanıstanda sabitlik yaratmaq və ölkəni sülhün düşmənlərindən, terrorçulardan təmizləmək üçün Nanqahar, Kunduz, Bədaxşan, Sari-pol, Qəndahar, Qəznə, Herat, Gilmənd əyalətlərində 24 saat əməliyyat keçirib. Nəticədə 38 silahlı öldürülüb, 8-i yaralanıb", - DİN-in məlumatında vurğulanıb.
Əməliyyat nəticəsində terrorçuların silah-sursatları da müsadirə edilib.
Hökumət qüvvələrinin itkiləri barədə məlumat verilməyib.