Yuxarı

​Əfqanıstan hərbçiləri 26 terrorçunu zərərsizləşdirib

Əsgərlər Taliban hərəkatına məxsus silah-sursatı aşkarlayaraq götürüblər

Bakı. 8 aprel. REPORT.AZ/ Son sutkada Əfqanıstan Silahlı Qüvvələri "Talıban" hərəkatının azı 26 döyüşçüsünü zərərsizləşdirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdaifə Nazirliyi məlumat yayıb.

Ölkənin Vardak, Qəznə, Zabul, Faryab və Qunduz əyalətlərində Əfqanıstan Silahlı Qüvvələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində "Taliban"ın 26 silahlısı öldürülüb, 14-ü yaralanıb, daha iki şübhəli isə tutulub.

Məlumata əsasən, ordunun bir əsgəri həlak olub.

Əfqanıstan Daxili İşlər Nazirliyi bildirib ki, hərbçilər "Taliban" hərəkatına məxsus silah-sursatı aşkarlayaraq götürüblər. Ötən sutkada əfqan polisi 24 əldəqayırma partlayıcı qurğunu zərərsizləşdirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi