Yuxarı

​Əfqanıstan hakimiyyəti ilə "Taliban" arasında növbəti görüşün tarixi açıqlanıb

Qəni Əhmədzay: Sülh razılaşması üzərində işlər davam edir

Bakı. 10 iyul. REPORT.AZ/ Əfqanıstan hakimiyyətinin təmsilçisi ilə "Taliban" hərəkatının nümayəndləri arasında danışıqlar iyulun 13-də keçiriləcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Əfqanıstan prezidenti Qəni Əhmədzay bildirib.

""Taliban"la Əfqanıstan hökuməti arasında danışıqlar 14 ildə ilk dəfədir keçirilir. Qarşımızda 3 başlıca məsəslə durur: birinci, danışıqların yekununda növbəti görüş haqda razılıq əldə etmək, ikinci gündəliyi müəyyənləşdirmək, üçüncü isə tərəflər araasında etimad yaratmaq və zorkılıqdan imtina etmək. Axı, hər iki tərəfdə ölən Əfqanıstan vətəndaşlarıdır. Sülh razılaşması üzərində işlər davam edir. Onun qısa müddətə imzalanacağına ümidvaram. Davamlı və sarsılmaz sülh Əfqanıstana təhlükəsizlik, bölgəyə isə sabitlik gətirəcək".

Qeyd edək ki, iyulun 7-də Pakistanın paytaxtı İslamabad yaxınlığındakı Muri rayonunda tərəflər arasında keçirilən ilk rəsmi görüş nəticəsiz başa çatmışdı. Həmin görüşdə ABŞ və Çin nümayəndələri də müşahidəçi kimi iştirak edmişdi. Bundan əvvəl də Dubay, Oslo və Dohada tərəflər arasında belə təmaslar olub. Ancaq həmin tədbirləri Əfqanıstan hakimiyyəti rəsmi hesab etməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi