​Əfqanıstan hakimiyyəti ilə "Taliban" arasında ilk rəsmi görüş nəticəsiz başa çatıb

​Əfqanıstan hakimiyyəti ilə "Taliban" arasında ilk rəsmi görüş nəticəsiz başa çatıb Görüşdə ABŞ və Çin nümayəndələri də müşahidəçi kimi iştirak ediblər
Digər ölkələr
8 İyul , 2015 13:32
​Əfqanıstan hakimiyyəti ilə Taliban arasında ilk rəsmi görüş nəticəsiz başa çatıb

Bakı. 8 iyul. REPORT.AZ/ Əfqanıstan hakimiyyətinin təmsilçiləri ilə "Taliban" hərəkatı nümayəndələri arasında barışın əldə edilməsi məqsədilə keçirilən ilk rəsmi görüş nəticəsiz başa çatıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Qazi Xəlilullah bildirib.

O, görüşdə Əfqanıstan hakimiyyətini və "Taliban"ı təmsil edənlərin adlarını açıqlamayıb. XİN sözçüsü deyib ki, görüşdə ABŞ və Çin nümayəndələri də müşahidəçi kimi iştirak edib. Pakistanlı diplomatın sözlərinə görə, danışıqlar Ramazan ayından sonra davam etdiriləcək.

Qeyd edək ki, görüş Pakistanın paytaxtı İslamabad yaxınlığındakı Muri rayonunda keçirilib. Bundan əvvəl də Dubay, Oslo və Dohada tərəflər arasında görüşlər olub. Ancaq həmin tədbirləri Əfqanıstan hakimiyyəti rəsmi saymayıb. 

Son xəbərlər

Orphus sistemi