​Əfqanıstan əyalətlərindən birində terrorçular 25 qız məktəbini bağlayıb

​Əfqanıstan əyalətlərindən birində terrorçular 25 qız məktəbini bağlayıb Terrorçular əyalətdəki din xadimlərinə dövlət universitetlərindən şikayətlərin qəbulunu da qadağan ediblər
Digər ölkələr
27 Oktyabr , 2015 18:28
​Əfqanıstan əyalətlərindən birində terrorçular 25 qız məktəbini bağlayıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Əfqanıstandakı terrorçu "Taliban" hərəkatı son bir neçə ayda ölkənin Loqar əyalətində 25 qız məktəbini bağlayıb.

"Report" xəbər verir ki, bu haqda Pakistanda çıxan "Frontier Post" qəzeti məlumat yayıb.

Məlumata görə, bu səbəbdən minlərlə qız təhsil almaqdan məhrum olub. Xəbərdə bildirilib ki, terrorçular əyalətdəki din xadimlərinə dövlət universitetlərindən şikayətlərin qəbulunu da qadağan ediblər. Əks halda, bunun əvəzini sərt şəkildə ödəyəcəkləri ilə hədələyiblər. 

Son xəbərlər

Orphus sistemi