Yuxarı

​Əfqanıstan Daxili İşlər Nazirliyi: Silahlı qüvvələr sutka ərzində 50-yə yaxın yaraqlını zərərsizləşdirib

Xüsusi əməliyyatlar 12 əyalətdə keçirilib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Xüsusi əməliyyatlar zamanı sutka ərzində Əfqanıstan ordusu və polis qüvvələri 49 yaraqlını zərərsizləşdirib. "Report""RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xüsusi əməliyyatlar 12 əyalətdə keçirilib.

"Nəticədə 49 yaraqlı zərərsizləşdirilib, 21 nəfər isə yaralanıb və daha 1 yaraqlı əfqan təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib", - nazirliyin məlumatında bildirilib.

Hökumət qüvvələri, həmçinin hərbi sursat da ələ keçiriblər.

Əfqanıstanda "Taliban" radikal hərəkatı fəaliyyət göstərir və hökumət qüvvələri daim yaraqlılarla mübarizə aparmaq üçün xüsusi əməliyyatlar həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi