Bakı. 13 noyabr. REPORT.AZ/ “Rusiya istehsalı olan helikopterlərdən imtina etməsi Əfqanıstanın döyüş qabiliyyətinə zərbə vuracaq”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Xidmətinin direktoru Dmitri Şuqayev bildirib.
Onun fikrincə, bu qərar məntiqlə ziddiyyət təşkil edir: “Çünki Əfqanıstan Hərbi Hava Qüvvələrinin əsasını Rusiyanın döyüş maşınları təşkil edir. Həmin parkı birdən götürüb məhv etmək Əfqanıstan Silahlı Qüvvələrinə ziyan vuracaq”.
Qeyd edək ki, Əfqanıstanın müdafiə naziri səlahiyyətlərini icra edən Tarik Şah Bəhrami ötən həftənin sonunda bildirib ki, NATO ölkələrinin istehsal etdiyi helikopterlər alıblar və daha Rusiyadan belə texnika almağa ehtiyacları yoxdur.