Əfqanıstan BMT TŞ-ni təcili iclas keçirməyə çağırıb

Əfqanıstan BMT TŞ-ni təcili iclas keçirməyə çağırıb Əfqanıstan hakimiyyəti ölkədəki böhranla əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsinə çağırıb
Digər ölkələr
12 Avqust , 2021 19:57
Əfqanıstan BMT TŞ-ni təcili iclas keçirməyə çağırıb

Əfqanıstan hakimiyyəti ölkədəki böhranla əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsinə çağırıb.

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, müvafiq qərarı Əfqanıstanda Milli Barışıq Ali Şurasının rəhbəri Abdulla Abdullah verib.

Şura sədri Qətərin paytaxtı Dohada keçirilən regional konfransda indiyə qədər əldə edilən irəliləyişin təhlükə altında olduğunu vurğulayıb.

Qeyd edək ki, Əfqanıstanda son aylarda kənd və sərhəd bölgələrində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlərə hücum edən "Taliban"la hökumət qüvvələri arasında qarşıdurma bir neçə ildir davam edir. Vəziyyətin gərginləşməsi Amerika ordusunun Əfqanıstandan geri çəkilməsi fonunda baş verir.

Son xəbərlər

Orphus sistemi