Yuxarı
    Bağlamaq

    Əfqan siyasətçi İslamabadın mərkəzində qaçırılıb

    Əfqanıstan XİN-i Pakistan hökumətinə müraciət edib

    Bakı. 13 fevral. REPORT.AZ/ Əfqan siyasətçi Sayed Fəzlullah Vahidi Pakistanın paytaxtı İslamabadın mərkəzi rayonlarından birində qaçırılıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, əvvəllər Künər və Herat əyalətlərində qubernator vəzifəsində çalışmış siyasətçi naməlum şəxslər tərəfindən oğurlanıb.

    Məlumata görə, 65 yaşlı S.F.Vahidi nəvəsi ilə küçədə gəzərkən iki avtomobil ona yaxınlaşıb. Avtomobillərdən bayıra çıxan 3 nəfər siyasətçini zorla maşınlardan birinə mindirərək aradan çıxıb. Hadisə barədə məlumatı polisə yazılı ərizəylə siyasətçinin qardaşı oğlu Sayed Zəbiulla Vahidi çatdırıb.

    Əfqanıstan Xarici İşlər Nazirliyi Pakistan hökumətinə müraciət edərək Vahidini qaçıranların şəxsiyyətlərinin müəyyən edilməsi və onun sərbəst buraxılması üçün bütün vasitələrdən istifadə edilməsini xahiş edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi