Efiopiyada zibil yığınının altında qalaraq ölənlərin sayı 62-ə çatıb

Efiopiyada zibil yığınının altında qalaraq ölənlərin sayı 62-ə çatıb Son məlumatda hadisə zamanı 46 nəfərin öldüyü bildirilirdi
Digər ölkələr
13 mart 2017 18:58
Efiopiyada zibil yığınının altında qalaraq ölənlərin sayı 62-ə çatıb
Foto: "Associated Press"

Bakı. 13 mart. REPORT.AZ/ Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində zibil yığınının sürüşməsi nəticəsində həlak olanların sayı 62 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verir.

Qeyd edək ki, son məlumatda hadisə zamanı 46 nəfərin öldüyü, həmçinin 28 nəfərin xəsarət aldığı xəbər verilirdi. Agentliyin xəbərinə görə, hər gün zibilliyin olduğu ərazidə yüzlərlə insan gecələyirmiş. Onlar burada ucuz sığınacaq tapıblar.

Hadisə yerində 50-dən çox adam xilas edilib. Onlara tibbi yardım göstərilib. Axtarış işləri davam etdirilir. 

Xatırladaq ki, sürüşmə zamanı hadisə yerində təxminən 150 nəfər olub. 

Son xəbərlər

Orphus sistemi