Efiopiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 21 nəfər ölüb

Efiopiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 21 nəfər ölüb Bölgə rəsmiləri avtobusa normadan artıq sərnişinin mindiyini vurğulayıblar
Digər ölkələr
14 Noyabr , 2017 23:47
Efiopiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 21 nəfər ölüb

Bakı. 14 noyabr. REPORT.AZ/ Efiopiyada ağır yol qəzası baş verib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə ölkənin rəsmi "ENA" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənubundakı Tigray vilayətində, Atsbi Venberta ərazisində baş verib. Belə ki, içində 34 nəfərin olduğu avtobusun aşması nəticəsində 21 nəfər ölüb.

Hadisəyə sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub. Bölgə rəsmiləri avtobusa habelə normadan artıq sərnişinin mindiyini də vurğulayıblar. Qeyd edilir ki, nəqliyyat vasitəsinin sərnişin tutumu 27 nəfər üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi