Efiopiyada təyyarə qəzası ilə əlaqədar martın 11-i milli matəm günü elan edilib

Efiopiyada təyyarə qəzası ilə əlaqədar martın 11-i milli matəm günü elan edilib Bakı. 10 mart. REPORT.AZ/ Efiopiya hakimiyyəti Ethiopian Airlines aviaşirkətinə məxsus Boeing 737 tipli sərnişin təyyarəsində çoxsaylı insan tələfatı ilə bağlı martın 11-i matəm günü elan olunub.
Digər ölkələr
10 Mart , 2019 23:38
Efiopiyada təyyarə qəzası ilə əlaqədar martın 11-i milli matəm günü elan edilib

Bakı. 10 mart. REPORT.AZ/ Efiopiya hakimiyyəti "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsində çoxsaylı insan tələfatı ilə bağlı martın 11-i matəm günü elan olunub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Abiya Əhmədin ofisi bildirib.

"Twitter"də yayılmış xəbərdə qeyd edilir ki, təyyarədə ayrı-ayrı ölkələrin vətəndaşlarının həlak olması ilə bağlı sabah milli matəm günüdür.

Qeyd edək ki, "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" sərnşin təyyarəsinin qəzaya uğraması nəticəsində 157 nəfər həlak olub. Onlar 35 ölkənin vətəndaşlarıdır.

Son xəbərlər

Orphus sistemi