Efiopiyada göyərtəsində 157 nəfərin olduğu təyyarə qəzaya uğrayıb - VİDEO

Efiopiyada göyərtəsində 157 nəfərin olduğu təyyarə qəzaya uğrayıb - VİDEO Bakı. 10 mart. REPORT.AZ/ Efiopiyada Ethiopian Airlines aviaşirkətinə məxsus Boeing 737 tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.
Digər ölkələr
10 Mart , 2019 12:42
Efiopiyada göyərtəsində 157 nəfərin olduğu təyyarə qəzaya uğrayıb - VİDEO

Bakı. 10 mart. REPORT.AZ/ Efiopiyada "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Abiy Əhməd Əli öz  "Twitter" mikrobloqunda yazıb.

"Baş nazirin ofisi Efiopiya hökuməti və xalqı adından bu səhər Keniyanın paytaxtı Nayrobiyə uçan "Ethiopian Airlines"ə məxsus "Boeing 737"də öz yaxınlarını itirmiş ailələrə dərin hüznlə başsağlığı verir", — deyə o bildirib.

Aviaşirkətin mətbuat xidməti qəzanın Efiopiyanın Debre-Zeyt şəhəri ərazisində qeydə alındığını bildirib.

Təyyarənin göyərtəsində 149 sərnişin və 8 heyət üzvü olub. Sağ qalan yoxdur.

Hazırda hadisənin səbəbləri araşdırılır, əraziyə fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi