​Efiopiyada etiraz aksiyası nəticəsində 75 nəfər öldürülüb

​Efiopiyada etiraz aksiyası nəticəsində 75 nəfər öldürülüb Əsgərlər və polis əməkdaşları etirazçılara atəş açıb
Digər ölkələr
19 Dekabr , 2015 14:03
​Efiopiyada etiraz aksiyası nəticəsində 75 nəfər öldürülüb

Bakı. 19 dekabr. REPORT.AZ/ Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən etiraz aksiyasında nümayişçilərlə polis arasında baş verən toqquşma nəticəsində 75 mitinq iştirakçısı ölüb.

"Report" "France press"ə istinadən xəbər verir ki, bu haqda "Human Rights Watch" beynəlxalq hüquq müdafiəsi təşkilatı məlumat yayıb.

Məlumata görə, hökumət ölkə paytaxtında yeni rayon inşa etmək məqsədi ilə sakinlərin torpaqlarını əllərindən alıb. Bu isə sakinlərin etiraz aksiyası keçirməsinə səbəb olub.

Əsgərlər və polis əməkdaşlarının etirazçılara açdığı atəş nəticəsində 75 aksiya iştirakçısı ölüb.

Rəsmi məlumatda isə nümayişdə ölənlərin 5 nəfər olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi