Efiopiyada bir milyon insan çəyirtkələrə görə aclıqla üzləşdi

Efiopiyada bir milyon insan çəyirtkələrə görə aclıqla üzləşdi Efiopiyada çəyirtkələr 200 min hektar əkin sahəsini məhv edib.
Digər ölkələr
477
14 Aprel , 2020 03:49
Efiopiyada bir milyon insan çəyirtkələrə görə aclıqla üzləşdi

Efiopiyada çəyirtkələr 200 min hektar əkin sahəsini məhv edib.

“Report” xəbər verir ki, bu barədə BMT-nin məruzəsinə istinadən "Agence France-Presse" bildirib.

Qeyd edilir ki, bu səbəbdən 1 milyon insan aclıq təhlükəsi ilə üzləşib.

Məruzədə vurğulanır ki, sakinlərin maliyyə köməyindən başqa toxum və gübrə yardımına da ehtiyacı var.

Qeyd edilir ki, həşəratlar buğda və qarğıdalının əkin sahələrini məhv ediblər. Efiopiyada vəziyyət həm də koronavirusun səbəb olduğu böhranla əlaqədar pisləşib.

Son xəbərlər

Orphus sistemi