Efiopiyada bir il ərzində 1200 nəfər etnik toqquşmaların qurbanı olub

Efiopiyada bir il ərzində 1200 nəfər etnik toqquşmaların qurbanı olub Son il Efiopiyada baş verən etnik toqquşmalarda 1200 nəfər həlak olub.
Digər ölkələr
26 Sentyabr , 2019 08:28
Efiopiyada bir il ərzində 1200 nəfər etnik toqquşmaların qurbanı olub

Son il Efiopiyada baş verən etnik toqquşmalarda 1200 nəfər həlak olub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Afrika ölkəsinin Ədliyyə Nаzirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, etnik toqquşmalar zonasında təxminən 1,2 milyon insan evlərini tərk edib. Toqquşmalarla bağlı 650 nəfər saxlanılıb.

Qeyd edilir ki, toqquşmalar xüsusən Somali-oporo, Somali-afar, Qumuz-ahmara, Tiqray-ahmara, Oromo etnik qrupları arasında baş verir. Silahlı qarşıdurmalar 2018-ci ildə kəskin şəkildə artıb.

Toqquşmalara tarixi düşmənçilik və bəzi etnik qrupların digər qrupların ərazisinə köçmək cəhdləri səbəb olur. 

Son xəbərlər

Orphus sistemi