Efiopiyada 37 nəfər silahlı qruplaşma tərəfindən öldürülüb

Efiopiyada 37 nəfər silahlı qruplaşma tərəfindən öldürülüb Bakı. 13 avqust. REPORT.AZ/ Efiopiyanın şərqində silsilə hücumlar nəticəsində azı 37 nəfər ölüb, 40-dan çox insan yaralanıb.
Digər ölkələr
13 Avqust , 2018 23:31
Efiopiyada 37 nəfər silahlı qruplaşma tərəfindən öldürülüb

Bakı. 13 avqust. REPORT.AZ/ Efiopiyanın şərqində silsilə hücumlar nəticəsində azı 37 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli polis nümayəndəsinə istinadən "Addis Standard" nəşri yazıb.

Hücum bazar ertəsinə keçən gecə Şərqi Hararqe rayonunda (Oromiya bölgəsində, Efiopiyanın somalililər məskunlaşan qonşu Somali bölgəsi ilə sərhəddə) baş verib.

Polisin məlumatına görə, hücumlar Somali bölgəsi rəhbərliyinin yaratdığı "Liyyu polisi" kimi tanınan qeyri-nizami silahlı qruplaşma tərəfindən törədilib.

"Biz hücuma gətirib çıxaran səbəbləri bilmirik", — deyə nəşrin həmsöhbəti bildirib.

Son xəbərlər

Orphus sistemi