Efiopiya hərbçiləri əməliyyat zamanı səhvən 9 dinc sakini qətlə yetiriblər

Efiopiya hərbçiləri əməliyyat zamanı səhvən 9 dinc sakini qətlə yetiriblər Ondan çox insan yaralanıb
Digər ölkələr
12 Mart , 2018 00:20
Efiopiya hərbçiləri əməliyyat zamanı səhvən 9 dinc sakini qətlə yetiriblər

Bakı. 12 mart. REPORT.AZ/ Efiopiya hərbçiləri əməliyyat zamanı səhvən 9 nəfəri öldürüblər, 10-dan çox insan yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinə istinadən "Sinxua" məlumat yayıb.

Hadisə ötən şənbə Keniya ilə sərhəddə yerləşən Moyale yaşayış məntəqəsində qeydə alınıb. Hərbçilər "Oromo Azadlıq Cəbhəsi" üsyançılarına qarşı aparılan əməliyyat zamanı səhvən 9 dinc sakini öldürüb, 12 nəfəri yaralayıblar.

Hökumət araşdırmalara başlayıb, bir sıra hərbçilər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi