Efiopiya daha 4 diplomatı ölkədən çıxarır

Efiopiya daha 4 diplomatı ölkədən çıxarır Efiopiya hakimiyyəti 4 irlandiyalı diplomatı ölkədən çıxarıb.
Digər ölkələr
24 Noyabr , 2021 20:38
Efiopiya daha 4 diplomatı ölkədən çıxarır

Efiopiya hakimiyyəti 4 irlandiyalı diplomatı ölkədən çıxarıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi İrlandiyanın xarici işlər və müdafiə naziri Saymon Kouliyə istinadən məlumat yayıb.

Diplomatların qovulmasına səbəb İrlandiyanın Efiopiyada mövcud böhranla bağlı tutduğu mövqe olub. Efiopiya hakimiyyət orqanları tərəfindən bu qərara səbəb olan konkret hərəkətlərin təfərrüatları açıqlanmayıb.

Bu şəxslərin qovulması ilə Efiopiyada cəmi iki irlandiyalı diplomat qalıb.

Avropalı diplomatların ölkədən çıxarılması Efiopiya hakimiyyətinin bu ilin sentyabrın 30-da BMT-nin xüsusi xidmət orqanlarının 7 əməkdaşının Afrika ölkəsinin daxili işlərinə müdaxilə etdiyinə görə arzuolunmaz şəxs olduğunu elan etməsindən sonra baş verib.

Son xəbərlər

Orphus sistemi