Efiopiya BMT-nin qərarını rədd edib

Efiopiya BMT-nin qərarını rədd edib Efiopiya Xarici İşlər Nazirliyi BMT-nin İnsan Hüquqları Şurasının bu ölkə ilə bağlı çıxardığı qərarları rədd edib.
Digər ölkələr
18 Dekabr , 2021 04:44
Efiopiya BMT-nin qərarını rədd edib

Efiopiya Xarici İşlər Nazirliyi BMT-nin İnsan Hüquqları Şurasının bu ölkə ilə bağlı çıxardığı qərarları rədd edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatda deyilir.

Bəyanata görə, Şuranın bəzi üzvlərinin göstərilən hərəkətləri suveren dövlətin daxili işlərinə müdaxilənin alternativ yolunu tapmaq cəhdidir.

Sənəddə vurğulanır: "Bu cür hərəkətlər regionda vəziyyəti gərginləşdirməkdən başqa heç bir məqsəd daşımır. Məhz buna görə də Efiopiya xüsusi sessiyanı və onun qərarlarını qəti şəkildə rədd edib".

Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə Afrika ölkəsindəki vəziyyətə həsr olunmuş xüsusi sessiyasında çıxış edən Ali Komissarın müavini Nada Əl-Naşif diqqəti Efiopiyada davam edən silahlı qarşıdurmaya cəlb edib. O bildirib ki, ölkədə münaqişə davam edir və döyüşlər Tıqray bölgəsindən kənarda gedir.

"Bu səbəbdən münaqişənin bütün tərəfləri tərəfindən törədilən insan hüquqları pozuntuları ilə bağlı hesabatları araşdırmaq üçün beynəlxalq ekspertlər komissiyası yaradılmalıdır", - Əl-Naşif vurğulayıb.

Son xəbərlər

Orphus sistemi