Bakı. 2 dekabr. REPORT.AZ/ İsveç Parlamentinin binasında ötən gün "Düzgün Həyat Tərzi Fondu"-nun mükafat qalibləri təltif olunub. Qey edək ki, bu mükafat “Alternativ Nobel mükafatı” hesab olunur.
"Report"-un Rosbalt-a istinadən məlumatına görə, ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edvard Snouden da bu ilki qaliblər siyahısına daxil edilib.
Snoudenlə birlikdə mükafatı "Guardian" qəzetinin redaktoru Alan Rusbridger də alıb. O, Edvard Snoudenin verdiyi sənədlər əsasında bir sıra məqalələr nəşr edib.
Ancaq həm Snouden həm də Rusbridger fəxri qaliblər elan ediliblər. Bu isə o deməkdir ki, onlar pul mükafatını almayıblar və diplomla kifayətlənməli olublar.
160 avroluq pul mükafatı isə 3 nəfərə verilib: pakistanlı insan haqları müdafiəçisi Asma Jahangirə, Asiya İnsan haqları Komissiyasından Basil Fernandoya və ABŞ-dan təbiəti mühafizə fəalı Bill McKibbenə.
