Ərəb dövlətləri liderlərinin sammiti nəticəsiz başa çatıb

Ərəb dövlətləri liderlərinin sammiti nəticəsiz başa çatıb Onlar İsrailin "yəhudi dövləti" adlandırılmasından da qəti şəkildə imtina ediblər
Digər ölkələr
10 Avqust , 2015 14:38
Ərəb dövlətləri liderlərinin sammiti nəticəsiz başa çatıb

Bakı. 10 avqust . REPORT.AZ/ Ərəb Dövlətləri Liqasının (ƏDL) 25-ci Zirvə toplantısı nəticəsiz başa çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu dövlət başçılarının görüşünün yekununu şərh edən ƏDL-in baş katibi Nabil əl-Ərəbi deyib.

Onun sözlərinə görə, sammitin gedişində Küveytin səylərinə baxmayaraq, ümumərəb maraqları və problemlərinin tənzimlənməsi ilə bağlı ərəb dövlətləri arasındakı fikir ayrılığını aradan qaldırmaq mümkün olmayıb: "Bununla belə, gələcək danışıqlar üçün müəyyən məsələlərin əsası qoyuldu".

Küveytdə keçirilən ikigünlük sammitdə Suriyada siyasi vəziyyətin və Fələstin xalqının haqqı uğrunda mübarizənin tənzimlənməsinə dair ənənəvi yekun bəyanat qəbul olunub.

Ərəb liderləri İsrailin "yəhudi dövləti" adlandırılmasından da qəti şəkildə imtina ediblər. 

Son xəbərlər

Orphus sistemi