Yuxarı

Ədəndə husi yaraqlıları qaçqınlarla dolu qayıqları atəşə tutub

Nəticədə aralarında uşaq və qadın da daxil olmaqla 45 nəfər ölüb, bir neçə nəfər yaralanıb və itkin düşüb

Bakı. 6 may. REPORT.AZ/ Yəməndə, Ədən körfəzində qaçqınlarla dolu qayıq husi silahlıları tərəfindən atəşə tutulub. Nəticədə aralarında uşaq və qadın da daxil olmaqla 45 nəfər ölüb, bir neçə nəfər yaralanıb və itkin düşüb. 

"Report"un "RİA Novosti"yə istinadən xəbər verir ki, bu gün əl-Tavahi rayonunda intensiv döyüşlər başlayıb. Bu səbəbdən dinc sakinlər quru yollar bağlı olduğundan təhlükəli zonanı qayıqlarla tərk etmək və daha təhlükəsiz ərazi sayılan əl-Boreykaya getmək istəyiblər. Ancaq yolda içərisində bir neçə ailənin üzvü olan qayıqlar atəşə məruz qalıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi