Yuxarı

Əbu-Dabidə tikilməkdə olan göydələndə güclü yanğın baş verib

İlkin məlumatlara görə, yanğın havanın kondisionerləşdirmə sistemində olan nasazlıq səbəbindən olub

Bakı. 30 avqust. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabi şəhərində tikilməkdə olan göydələndə güclü yanğın baş verib.

"Report" "Khaleej Times"a istinadən xəbər verir ki, yanğın şəhər mərkəzində yerləşən 27 mərtəbəli binanın yuxarı mərtəbələrində meydana gəlib.

Yanan binadan havaya qalın tüstü qatı yüksəlir. Ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur.

İlkin məlumatlara görə, yanğın havanın kondisionerləşdirmə sistemində olan nasazlıq səbəbindən olub. Tikintidə toplamda təxminən 600 nəfər çalışırdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi