Əbu-Dabidə sərt karantin ləğv edilir

Əbu-Dabidə sərt karantin ləğv edilir Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ikinci ən sıx əhalisi olan Əbu-Dabi əmirliyi iyul ayında tətbiq olunan sərt karantin rejimini ləğv edir.
Digər ölkələr
19 Avqust , 2021 22:02
Əbu-Dabidə sərt karantin ləğv edilir
0 : 00
0 : 00

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ikinci ən sıx əhalisi olan Əbu-Dabi əmirliyi iyul ayında tətbiq olunan sərt karantin rejimini ləğv edir.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Hallar və Təbii Fəlakətlər Komitəsi gecə yarısından səhər saat 05:00-a qədər nəqliyyat və əhaliyə qoyulan məhdudiyyətlərin qaldırılacağını bildirib.

Qeyd edək ki, BƏƏ-də koronavirusa yoluxma hallarının sayı iyun ayında 2 000-dən təxminən 1 089 -a düşüb.

Körfəz ölkəsi dünyanın ən yüksək peyvənd nisbətlərindən birinə sahibdir: Səhiyyə Nazirliyinin son rəqəmlərinə görə, əhalinin 83,14% -i bir doza COVID-19 peyvəndi, 73,42% -i isə hər iki dozanı qəbul edib.

Son xəbərlər

Orphus sistemi