​Əbu Bəkr əl-Bağdadi Türkiyə ərazisindən Liviyaya keçib

​Əbu Bəkr əl-Bağdadi Türkiyə ərazisindən Liviyaya keçib İŞİD lideri İraq kəşfiyyatının təqibindən qaçmaq üçün yerini dəyişib
Digər ölkələr
9 Dekabr , 2015 08:23
​Əbu Bəkr əl-Bağdadi Türkiyə ərazisindən Liviyaya keçib

Bakı. 09 dekabr. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) lideri Əbu Bəkr əl-Bağdadi İraq kəşfiyyatının təqibindən qaçmaq üçün yerini dəyişib və Türkiyə ərazisindən keçməklə Liviyaya gedib.

"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən FARS agentliyi məlumat yayıb.

Onların məlumatına görə, qruplaşma lideri Liviya ərazisinə ölkənin şimalında yerləşən Sirt şəhəri vasitəsi ilə gedib.

Son xəbərlər

Orphus sistemi