Bakı. 20 dekabr. REPORT.AZ/ Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dekabrın 20-nə olan məlumatına görə dünyada Ebola virusundan ölənlərin sayı 7373 nəfərə, xəstəliyə yoluxanların sayı isə 19031 nəfərə çatıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ÜST 500 yeni ölüm faktını dekabrın 17-də epidemiyanın tüğyan etdiyi Afrikanın üç ölkəsində - Syerra-Leone, Liberiya və Qvineyada qeydə alıb.
Qeyd edək ki, ÜST bir həftə əvvəl Ebola virusundan 6915 nəfərin öldüyünü açıqlamışdı.