Ebola virusundan ölənlərin son statistikası açıqlanıb

Ebola virusundan ölənlərin son statistikası açıqlanıb 588 tibb işçisində virus təsbit edilib və onlardan 337-si ölüb
Digər ölkələr
22 Noyabr , 2014 15:39
Ebola virusundan ölənlərin son statistikası açıqlanıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Qərbi Afrika ölkələrində Ebola virusundan ölənlərin son statistikası açıqlanıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəsmi açıqlama yayıb.

Rəsmi statistikaya görə, bu günə qədər virusdan ölənlərin sayı 5 459 nəfərə çatıb. Noyabrın 18-dən bu yana isə 15 351 nəfərdə virusun daşıyıcıları aşkar edilib. 

Yazılı açıqlamada o da qeyd olunub ki, 588 tibb işçisində virus təsbit edilib və onlardan 337-si ölüb.

Son xəbərlər

Orphus sistemi