Ebola virusuna yoluxanların sayı 13 min nəfəri keçib

Ebola virusuna yoluxanların sayı 13 min nəfəri keçib ÜST: Liberiyada Ebola virusunun yayılma dərəcəsi azalıb
Digər ölkələr
30 Oktyabr , 2014 12:51
Ebola virusuna yoluxanların sayı 13 min nəfəri keçib
Bakı. 30 oktyabr. REPORT.AZ/ "Liberiyada Ebola virusunun yayılma dərəcəsi azalıb, lakin bunun uzun müddət ərzində davam edəcəyinə dair heç bir zəmanət yoxdur".

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) baş direktorunun köməkçisi Brüs Aylourd bəyan edib. Köməkçi bunu "yaxşı xəbər" adlandırıb.

BMT-nin Ebolaya fövqəladə reaksiya missiyasının başçısı Entoni Benberi və ABŞ-ın BMT-də daimi nümayəndəsi Samanta Pauer isə bildiriblər ki, virusun yayıldığı ölkələrdə həkim və xəstəxana qıtlığı mövcuddur.

ÜST-ün məlumatlarına əsasən, 13 703 yoluxma halı qeydə alınıb ki, yoluxanlardan 4922 nəfər ölüb. Ölənlərdən 272 nəfəri tibb işçiləridir. 

Son xəbərlər

Orphus sistemi