"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) baş direktorunun köməkçisi Brüs Aylourd bəyan edib. Köməkçi bunu "yaxşı xəbər" adlandırıb.
BMT-nin Ebolaya fövqəladə reaksiya missiyasının başçısı Entoni Benberi və ABŞ-ın BMT-də daimi nümayəndəsi Samanta Pauer isə bildiriblər ki, virusun yayıldığı ölkələrdə həkim və xəstəxana qıtlığı mövcuddur.
ÜST-ün məlumatlarına əsasən, 13 703 yoluxma halı qeydə alınıb ki, yoluxanlardan 4922 nəfər ölüb. Ölənlərdən 272 nəfəri tibb işçiləridir.