Yuxarı
    Bağlamaq

    Ebola virusu qurbanlarının sayı 1350 nəfərə çatıb

    Son bir neçə gün ərzində 106 ölüm halı, 221 yeni yoluxma faktı qeydə alınıb

    Bakı. 21 avqust. REPORT.AZ/ Ebola qızdırması virusundan ölənlərin sayı 1350 nəfərə çatıb. Bu barədə Report Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən xəbər verir.

    Təşkilatın məlumatına əsasən, ən çox ölüm halları Liberiyada qeydə alınıb - burada virusdan ən azı 576 insan vəfat edib. İki gün ərzində - avqustun 18 və 19-da Qərbi Afrika regionun üç ölkəsi - Liberiya, Syerra-Leone və Qvineyada Ebola virusundan 106 ölüm faktı qeydə alınıb. Həmin vaxtda yoluxma halları 221 nəfər artıb. 

    Daha əvvəl 1145 ölüm və 2127 yoluxma halları haqqında xəbər verilib. 

    Ebola hemorragik qızdırması - infeksiyaya yoluxmuş xəstənin qan və ya digər bədən sekresiyaları ilə birbaşa kontakt yaxud virus olan sekresiyalar və ya bədən mayesi ilə kontaktda olan alətlərdən (məsələn, iynələr) istifadə zamanı ötürülən ölümcül xəstəlikdir. Epidemiya Syerra-Leone, Liberiya, Qvineya və Niqeriyanı əhatə edib. Bir müddət əvvəl ABŞ Liberiyaya Ebola qızdırmasına qarşı ZMapp sınaq vaksini partiyası göndərib. ÜST məlumatlarına görə, bu vaksinin cəmi 10-12 dozası mövcuddur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi