Dünyanın ən kök qadını vəfat edib

Dünyanın ən kök qadını vəfat edib İman Əhməd Abdel Atiyə 20 həkim qulluq edib
Digər ölkələr
25 Sentyabr , 2017 14:05
Dünyanın ən kök qadını vəfat edib

Bakı. 25 sentyabr. REPORT.AZ/ Dünyanın ən kök qadını Birləşmiş Ərəb Əmirliklərində, Əbu-Dabinin klinikalarından birində vəfat edib.

“Report” TASS-a istinadən xəbər verir ki, Misir vətəndaşı, 37 yaşlı İman Əhməd Abdel Ati daxili orqanların disfunksiyasından, o cümlədən kəskin böyrək çatışmazlığından ölüb.

İskəndəriyyədə yaşayan bu qadın haqqında 2016-cı ildə çəkisi 500 kq olanda xəbər tutulub. İman Əhməd Abdel Ati 25 yaşından evdən çıxmırmış. Valideynləri övladına quluq edə bimədiklərindən həmin il Misir prezidentinə müraciət ediblər.

Onun çəkisi anadan olanda onun çəkisi 5 kq olub. Bir neçə ildən sonra ona elefantiaz (fil xəstəliyi) diaqnozu qoyulub. Bu parazitar xəstəlikdir. Nəticədə xəstənin dərisində hiperplaziya yaranır. Limfalardakı durğunluq ayaqlarda şişlərin yaranmasına səbəb olur. Bu xəstəliyə yoluxmuş İman Əhməd Abdel Ati hərəkət qabiliyyətini itirdiyindən sürünürmüş. O, 11 yaşında insult keçirib və birdəfəlik yatağa düşüb. Ona yaxınları qulluq edib və ilbəil çəkisi artıb.

Hindistandan olan mütəxəssislər ona yardım ediblər. O, mədənin laparoskopik əməliyyatla kəsilməsindən sonra iki dəfə arıqlayır. Bu uğurlu əməliyyatdan sonra müalicəsini davam etdirmək üçün onu Əbu-Dabidə klinikalardan birinə yerləşdirirlər. İman Əhməd Abdel Atiyə 20 həkim qulluq edib. Bununla belə, onu sağaltmaq mümkün olmayıb. 

Son xəbərlər

Orphus sistemi