Yuxarı
    Bağlamaq

    Dünyanın ən çox spirtli içki içilən ölkəsinin adı açıqlanıb

    2016-cı il ərzində Litvada bir nəfər orta hesabla 16 litr spirt qəbul edib

    Bakı. 17 may. REPORT.AZ/ Litva spirtli içkidən istifadəyə görə dünya ölkələri arasında birinci yerə keçib.

    "Report" "Sputnik Litva"ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Qauden Qalea deyib.

    ÜST-nin məlumatına görə, 2016-cı ildə Litvada bir nəfər orta hesabla 16 litr spirtli içki qəbul edib.

    "Ən son hesablamalara görə, bu, onu Avropada ən iri "əyyaş ölkə" və dünyada ən çox içki qəbul edilən dövlət edir", - deyə Qalea bildirib.

    O, bu göstərici üzrə siyahıya daha hansı ölkələrin daxil olduğunu açıqlamayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi