Dünyanın üç ölkəsində koronavirus daşıyıcılarının sayı artdı

Dünyanın üç ölkəsində koronavirus daşıyıcılarının sayı artdı Cənubi Koreya, Filippin və Braziliyada koronavirusa yoluxanların sayında artım müşahidə edilib.
Digər ölkələr
7 Mart , 2020 11:39
Dünyanın üç ölkəsində koronavirus daşıyıcılarının sayı artdı
google.az

Cənubi Koreya, Filippin və Braziliyada koronavirusa yoluxanların sayında artım müşahidə edilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreyada 174, Filippin və Braziliyada isə hər birində 1 yoluxma faktı qeydə alınıb.

Məlumata görə, Cənubi Koreyada yoluxanların sayı 6 767, Filippində 6, Braziliyada isə 14-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 242-yə çatıb. Bunların 57 630 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi