Bakı. 28 fevral. REPORT.AZ/ Ötən gün 28 ölkədəki 115 şəhərdə 'Safe Passsage Now' (Təhlükəsiz Keçid İndi) şüarı altında aksiyalar keçirilib.
"Report"-un NTV telekanalına istinadən verdiyi xəbərə görə, hüquq müdafiəçilərinin təşəbbüsü ilə baş tutan aksiyalar mühacirlərin hüquqlarının qorunması məqsədi güdüb.
Aksiyalar qonşu Türkiyənin İzmir, Ankara və Bodrum şəhərlərində də böyük maraqla qarşılanıb.





