Dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyət ağırlaşır

Dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyət ağırlaşır Pandemiyanın başlanğıcından dünyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 108 milyon 535 739 təşkil edir
Digər ölkələr
14 Fevral , 2021 10:46
Dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyət ağırlaşır

Pandemiyanın başlanğıcından dünyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 108 milyon 535 739 təşkil edir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, dünyada COVID-19-dan ölənlərin sayı 2 393 703 milyona yüksəlib, 80 milyondan çox insan sağalıb.

Koronavirusa yoluxma hallarının 5 milyon olduğu ölkələrin siyahısına ABŞ, Hindistan və Braziliya daxildir. Birləşmiş Ştatlar dünyada təhlükəli infeksiyaya yoluxma və ölüm saylarına görə birincidir. Bu ölkədə COVID-19-a 27,5 yoluxma aşkarlanıb, 484 min ölüm qeydə alınıb, təxminən 18 milyon insan sağalıb.

Dünyada COVID-19-a yoluxma hallarının sayına görə ikinci yerdə Hindistan qərarlaşıb. Cənubi Asiya ölkəsində 10,9 milyon nəfər koronavirusa yoluxub. Braziliyada 9,8 milyon insanda COVID-19 aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi