Dünyada münaqişə bölgələrində 8 min uşaq öldürülüb və yaralanıb

Dünyada münaqişə bölgələrində 8 min uşaq öldürülüb və yaralanıb Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməni bombalaması nəticəsində 700-ə yaxın uşaq ölüb
Digər ölkələr
6 Oktyabr , 2017 13:38
Dünyada münaqişə bölgələrində 8 min uşaq öldürülüb və yaralanıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Ötən il dünyada silahlı münaqişə bölgələrində 8 min uşaq öldürülüb, yaxud yaralanıb.

“Report” “dw” istinadən xəbər verir ki, bunu BMT-nin uşaqların hüquqlarını müdafiəsi üzrə xüsusi nümayəndəsi Virciniya Qambiya Nyu-Yorkda silahlı münaqişələr şəraitində uşaqların vəziyyətinə həsr olunan illik hesabatında açıqlayıb.

Sənəddə bildirilib ki, təkcə Əfqanıstanda 2016-cı ildə 3500-dən çox uşaq ya öldürülüb, ya da yaralanıb. Bu, 2015-ci ildəkindən 25 faiz çoxdur. Suriya və Yəməndə bu ildə hər birində 1 300-ə yaxın uşaq ya həyatını, ya da sağlamlığını itirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməni bombalaması nəticəsində 700-ə yaxın uşaq ölüb. Krallıq bu faciədə məsuliyyət daşıdığından "qara siyahı"ya daxil edilib. Əfqanıstan, Suriya, Konqo, İraq, Mali, Myanma, Sudan, Yəmən və Mərkəzi Afrika Respublikası da həmin siyahıya düşüb. 

Son xəbərlər

Orphus sistemi