Dünyada koronavirusa yoluxanların sayı 5,4 milyona çatır

Dünyada koronavirusa yoluxanların sayı 5,4 milyona çatır Dünyada demək olar 5,4 milyon insan COVID-19-la bağlı analizlərin müsbət nəticələrini alıb.
Digər ölkələr
24 May , 2020 03:41
Dünyada koronavirusa yoluxanların sayı 5,4 milyona çatır

Dünyada demək olar 5,4 milyon insan COVID-19-la bağlı analizlərin müsbət nəticələrini alıb.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. 

Qeyd edilir ki, pandemiya ərzində virusa 5 397 305 yoluxma aşkarlanıb. Həmçinin 343 584 pasiyent koronavirusun qurbanı olub.

Bu halda COVID-19 infeksiyasından 2 236 294 insan sağalıb.

Hazırda 2 817 427 insan aktiv koronavirus xəstəsi hesab edilir. Onlardan 53 540 pasiyentin vəziyyəti ağırdır. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi