Dünyada koronavirusa yoluxanların sayı 140 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 140 milyonu ötüb Son 24 saat ərzində koronavirusa 809 mindən çox yeni yoluxma qeydə alınıb
Digər ölkələr
19 Aprel , 2021 01:37
Dünyada koronavirusa yoluxanların sayı 140 milyonu ötüb

Pandemiya ərzində dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 140,32 milyonu ötüb.

Bu barədə “Report” Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən xəbər verir.

Məlumata əsasən, ardıcıl dördüncü gündür ki, yeni yoluxma sayı 800 min nəfəri keçir.

Qeyd edilir ki, son 24 saat ərzində koronavirusa 809 mindən çox yeni yoluxma qeydə alınıb. Virusdan ölüm hallarının 11 mindən çox olub.

Belə ki, Ümumdünya Səhiyyə Təşkilatına pandemiya ərzində COVID-19-a 140 322 903 yoluxma, 3 003 794 ölüm haqqında məlumatlar daxil olub. Son sutkada virusa yoluxanların sayı 809 004, ölənlərin sayı 11 481 nəfər artıb.

Son 24 saatda COVID-19-a ən çox yoluxma cənub-şərqi Asiyada (272 989) qeydə alınıb, ikinci yerdə Şimali və Cənubi Amerika (254 847), üçüncü yerdə isə Avropa (203 134) regionu qərarlaşıb.

ABŞ əvvəlki kimi yoluxma hallarının sayına görə birincidir - 31 250 635. Siyahıda ikinci yerdə Hindistan (14 788 109), Braziliya (13 832 455), Fransa (5 178 513), Rusiya (4 702 101), Böyük Britaniya (4 385 942), Türkiyə (4 212 645), İtaliya (3 857 443), İspaniya (3 396 685), Yunanıstan (3 142 262), Polşa (2 688 025), Argentina (2 658 628) və digər ölkələr qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi