Dünyada koronavirus qurbanlarının sayı 1,5 milyon nəfəri ötdü

Dünyada koronavirus qurbanlarının sayı 1,5 milyon nəfəri ötdü Dünyada COVID-19-dan ölüm hallarının sayı 1,5 milyon nəfəri ötüb.
Digər ölkələr
4 Dekabr , 2020 02:16
Dünyada koronavirus qurbanlarının sayı 1,5 milyon nəfəri ötdü
0 : 00
0 : 00

Dünyada COVID-19-dan ölüm hallarının sayı 1,5 milyon nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanları, həmçinin KİV və başqa açıq mənbələrlə məlumatlar toplayan Cons Hopkins Universitetinin saytı məlumat yayıb.

Universitetin məlumatına görə, pandemiya ərzində koronavirusa yoluxan 1 501 076 insan ölüb.

Dünyada təhlükəli infeksiyaya yoluxanların ümumi sayı 65 milyona yaxınlaşır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi