Dünyanın məşhur şəxsləri basketbolçu Kobe Brayantın ölümü ilə bağlı başsağlığı veriblər.
“Report” xəbər verir ki, ABŞ-ın keçmiş prezident Barak Obama Brayantın əfsanə olduğunu, basketbolçunun qızının ölümünə bir valideyn olaraq çox kədərləndiyini söyləyib.
Klintonlar ailəsi də başsağlığılara qoşulub. Onlar Brayantin basketbol oynadığı vaxt nəinki Los-Ancelesdə, bütün dünyada azarkeşlərə həyəcan və sevinc yaşatdığını vurğulayıblar. Onlar Brayantın qısa, amma böyük ömür yaşadığını söyləyiblər.
Aktyor Leonardo DiKaprio şəxsi "twitter" hesabında məşhur basketbolçunun bir əfsanə olduğunu, Los-Ancelesin heç vaxt həmişəki kimi olmayacağını vurğulayıb.
Reper Kanye Vest isə deyib: “Kobe, qardaş, biz səni çox sevirik. Biz sənin ailən üçün dua edir, sənin bizə verdiyin həyata, ilhama dəyər veririk”.
Portuqaliyalı futbolçu Kriştianu Ronaldu Brayantın ölümünə kədərləndiyini, onun bir çoxları üçün əfsanə və ilham mənbəyi olduğunu bildirib.
Tennisçi Mariya Şarapova Brayanta ona ağır vaxtlarında dəstək olduğunu heç vaxt unutmayacağını vurğulayıb.
Basketbolçu Maykl Cordan isə ABŞ millisindəki keçmiş komanda yoldaşının ölüm xəbərindən şoka düşdüyünü söyləyib. Başsağlığında Brayantın oyunda böyük rəqib olduğunu, həyatda isə onu özünə kiçik qardaş saydığını və çox sevdiyini vurğulayıb.
Alparslan Öztürk