Yuxarı

​Dünya liderləri Fransa xalqına başsağlığı veriblər

Parisdə terror aktlarından sonra dövlət başçıları dəstək sözləri ilə çıxış ediblər

Bakı. 14 noyabr. REPORT.AZ/ Dünya liderləri Fransa xalqına başsağlığı veriblər. Dövlət başçıları Parisdə terror aktlarından sonra dəstək sözləri ilə çıxış ediblər.

"Report"un verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terrorla əlaqədar fransızların ağrısını qəlbən başa düşdüyünü bildirib.

Fransa xalqına dərin hüznlə başsağlığı verənlər sırasında Rusiya, İtaliya, Ukrayna, Braziliya və Boliviya prezidentlərinin də adı var. Onlar Fransa prezidentinə ünvanladıqları hüzn məktublarında fransız xalqı ilə həmrəyliklərini ifadə ediblər.

Noyabrın 13-ü axşam saatlarında Parisdə altı yerdə törədilən terror aktı nəticəsində 153 nəfər ölüb. Terror aktlarına görə məsuliyyəti "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) öz üzərinə götürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi