Dünya İqtisadi Forumunun ekspertləri bu il üçün ən böyük qlobal riskləri açıqlayıblar

Dünya İqtisadi Forumunun ekspertləri bu il üçün ən böyük qlobal riskləri açıqlayıblar Davosda qlobal risklər üzrə illik hesabat təqdim olunub
Digər ölkələr
11 Yanvar , 2017 16:52
Dünya İqtisadi Forumunun ekspertləri bu il üçün ən böyük qlobal riskləri açıqlayıblar

Bakı. 11 yanvar. REPORT.AZ/ Davosda keçirilən Dünya İqtisadi Forumunun ekspertləri bu il bəşəriyyət üçün əsas risklər kimi ekstremal hava hadisələrini, məcburi kütləvi miqrasiyanı və terror hücumlarını göstəriblər.

"Report" xəbər verir ki, qlobal risklər üzrə illik hesabat Davosda qeyri-hökumət təşkilatlarının görüşündə təqdim olunub.

Hesabat müəllifləri baş vermə ehtimalı yüksək olan risklərin ilk beşliyinə həmçinin təbii fəlakətləri və məlumatlar bazasının manipulyasiyası ilə bağlı irimiqyaslı fırıldaqçılığı daxil ediblər.

Qeyd edək ki, son 1 il ərzində daha yüksək ehtimallı risklərin siyahısında ilk beşlik dəyişib. Belə ki, 2016-cı ildə Dünya İqtisadi Forumun ekspertləri potensial təhlükələr siyahısında birinci pilləyə genişmiqyaslı miqrasiyanı qoymuşdular. Terror hücumları təhlükəsi ümimiyyətlə, beşlikdə yox idi. Ötən il siyahıda onun yerini regional nəticələri olan dövlətlərarası münaqişələr tutub.

Son xəbərlər

Orphus sistemi